AZ

ABŞ İsrail qüvvələri açıqladıqlarının əksinə, İranı niyə məğlub edə bilmir? Ekspertlər ŞƏRH ETDİ

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son dövrlərdə İranın regiondakı rolu beynəlxalq siyasətdə diqqət çəkir. Ölkənin mövqeyi və strateji üstünlükləri onu həm diplomatik, həm də hərbi sahədə təsirli edir. Bu vəziyyət qonşu ölkələr və beynəlxalq qüvvələr üçün müəyyən çətinliklər yaradır və regiondakı tarazlığı qoruyan əsas amillərdən biridir. Analitiklər və ekspertlər müharibənin tam olaraq nə zaman bitəcəyini və necə başa çatacağını proqnozlaşdırmaqda çətinlik çəkirlər, çünki vəziyyət bir çox faktorlardan asılıdır: coğrafi maneələr, hərbi güc balansı və regiondakı tərəflərin strateji addımları bu prosesə təsir göstərir.

Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, liderlərin itirilməsinə baxmayaraq, İranın siyasi sistemi anında çökmədi:

“Vəziyyətin təhlili göstərir ki, İran həm hava və dənizdəki üstün mövqeyini, həm də siyasi dayanıqlığını qoruyur və iqtisadi vasitələrlə qarşı tərəfə təsir göstərir. İranda hakimiyyət müvəqqəti olaraq idarəedici triumvirata keçdi və artıq 8-9 mart tarixlərində Ekspertlər Şurası mərhum liderin oğlu Müctəba Xameneyini yeni Ali rəhbər kimi təsdiqlədi. Bu, SEPAH və rejimin bürokratik aparatının belə bir ssenari üçün əvvəlcədən hazırlanmış xələf təyini protokollarına malik olduğunu göstərir. ABŞ və İsrailin "niyə hələ də tam qalib gələ bilmədiyi" sualının cavabı həm də İranın topoqrafiyasında gizlənir. İran qərbdən Zaqros, şimaldan isə Əlburz dağ silsilələri ilə əhatə olunmuş təbii bir qaladır. İraq ərazisindən quru əməliyyatı keçirmək üçün koalisiya qüvvələri hündürlüyü 3,000 metrdən çox olan aşırımları keçməlidir. Mart ayında bu aşırımlar hələ də qarla örtülü olur və sürüşmə təhlükəsi daşıyır, bu da zirehli texnikanın manevr imkanlarını məhdudlaşdırır və onları dar yollara pusqu üçün ideal məkanlara məcbur edir. Analitiklər qeyd edirlər ki, tammiqyaslı quru işğalı bir neçə yüz minlik qoşun qruplaşması tələb edir, halbuki hazırda əməliyyatda 50,000 hərbçi iştirak edir. İran regional xaos strategiyasını davam etdirərək Livan, Yəmən və İraqdakı proksi qruplaşmalarını işə salıb. Hizbullah, Həşdi Şabi də döyüşlərə qatılıb. Ayrıca Hörmüz boğazının bağlanması və İranın asimmetrik müharibəyə hazır olması müharibənin qalibini müyyən edəcək. Hazırda ABŞ və Rusiyanın da kəşfiyyat dəstəyi koalisiyaya ciddi problem yaradır”.

Politoloq Aydın Tağızadə isə deyib ki, hazırda İran, İsrail və ABŞ müharibəsinin nə zaman bitəcəyi barədə dəqiq tarix demək çətindir:

“Donald Tramp çox tezliklə sona çatacağını desə də, məsələ hələ siyasi qərarlardan və İran rejiminin gələcək taleyindən asılıdır. Çünki müharibə hərbi mərhələlərdən sonra siyasi razılaşma ilə nəticələnərsə, sülh əldə etmək mümkündür. Ancaq bölgədə uzunmüddətli sabitlik zəmanətli deyil, bunu hər birimiz yaxşı bilirik. Bu müharibənin gələcəyi müəyyən risklər vəd edir. Sürətli hərbi qələbə ilə ABŞ-İsrail koalisiyası İranın əsas hərbi gücünü sıradan çıxara bilər. Bunu həm mediadan, həm də digər informasiya vasitələrindən görürük. Lakin İran rejimi də dəyişikliklər yarada bilər. Bu, daxili münaqişələrə səbəb ola bilər, çünki bölgədə uzunmüddətli sabitlik hələ zəmanətli deyil. Proksi qüvvələr vasitəsilə yeni münaqişələr və boşluqların yaranması ehtimalı da var.

Yəni müharibənin gələcəyi, onun bitməsi və sülhün əldə olunması məsələsində İranın daxili siyasi vəziyyəti və beynəlxalq güclərin razılaşması vacib rol oynayır. Hələ ki, bununla bağlı tam aydın proqnoz vermək çətindir”.

Nurcan Babək

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
avtosfer.az

1Mənbələr