Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bərdə, 10 mart, AZƏRTAC
Bərdə rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax-Ağdam magistral yolunun Bərdə rayonundan keçən hissəsində, yol kənarlarında təşkil olunan aksiya zamanı 800 ədəd Eldar şamı, 400 ədəd müxtəlif gül kolları əkilib.
Ərazidə abadlıq və təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb, mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Müxbir – Tahir Ağaməmmədov









Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.