İrəvanda fəaliyyət göstərən məşhur kazinolardan birində narkotik istifadə edilən məkan aşkarlanıb.
Musavat.com erməni mediasına istinadən bildirir ki, hadisə paytaxtın Tumanyan küçəsində yerləşən oyun məkanlarından birində baş verib.
Martın 8-də saat 12:35 radələrində Ermənistan Daxili İşlər Nazirliyinə daxil olan operativ məlumatda bildirilib ki, həmin kazinoda bəzi şəxslər qanunsuz qumar oyunları təşkil edir və eyni zamanda orada narkotik maddələrdən istifadə edirlər.
Məlumata görə, narkotik maddələr kazinonun daxilində soyuducunun altında gizlədilmiş vəziyyətdə saxlanılırmış.
Saxlanılan şəxslər narkotik maddələrin saxlanılması və istifadəsi, eləcə də qanunsuz sahibkarlıq fəaliyyəti şübhəsi ilə polisə aparılıb.
Musavat.com