AZ

Amerika Birləşmiş Ştatları İranda Venesuela modeli tətbiq etmək istəsə də, hazırda bunun eyni şəkildə asan olması gözlənilmir

Bizimyol saytına istinadən ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın növbəti ali liderinin müəyyənləşdirilməsi prosesində ABŞ-ın da müəyyən rolu olmalıdır. Tramp mümkün varis kimi adı hallanan Müctəba Xamenei barədə mənfi mövqe sərgiləyərək belə bir seçimin qəbuledilməz olduğunu qeyd edib. Donald Trampın fikrincə, İranın gələcək rəhbərliyi regionda sabitliyi və daha konstruktiv münasibətləri təmin edə biləcək bir şəxs olmalıdır.ABŞ-ın başqa bir ölkənin lider seçiminə təsir etmək istəyi beynəlxalq siyasətdə hansı reaksiyalara səbəb ola bilər?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Tramp bu fikri əslində ilk dəfə söyləmir: “Bundan əvvəl də o bir neçə dəfə demişdi ki, “İranda yeni hakimiyyəti biz formalaşdıracağıq. Orada bizim istədiyimiz şəxs olacaq. İran rəhbəri və rəhbərliyə namizəd olanların hamısını biz zərərsizləşdirəcəyik” kimi ifadələri vardı. Bu baxımdan Donald Tramp əslində düşüncələrini açıq şəkildə ifadə edən bir siyasətçidir. Amerika Birləşmiş Ştatları birmənalı şəkildə istəyir ki, İranda yeni formalaşacaq hakimiyyət məhz Amerika Birləşmiş Ştatları ilə təxminən Venesuela variantı kimi normal münasibətlərdə olsun. Yəni Maduro getdi, onun yerinə onun müavini gətirildi. Baxmayaraq ki, Amerika Birləşmiş Ştatları ilə bağlı arada bir tənqidi fikirlər söyləyir, amma Amerika Birləşmiş Ştatları ilə işbirliyindədir və ABŞ hazırda Venesuelada da idarəetmədə önəmli rol oynayır. Xüsusilə, enerji sektoru Amerika Birləşmiş Ştatlarının nəzarətinə keçib deyə bilərik”.

Oqtay Qasımov

Oqtay Qasımov hesab edir ki, Amerika Birləşmiş Ştatlarının İranda özünə uyğun hakimiyyət formalaşdırmaq cəhdlərinə nail olacaqsa, hansısa çox ciddi beynəlxalq reaksiyalar və etirazlar olacağı inandırıcı deyil: “Hazırda dünyada beynəlxalq hüquqdan, ədalətdən daha çox güc faktoru önə çıxıb və bu, həlledici faktor hesab olunur. Əgər Amerika Birləşmiş Ştatları bunu bacara biləcəksə, beynəlxalq etirazların olacağını düşünmürəm. Amma bunun özü də kifayət qədər çətin bir məsələ olduğunu söyləməliyik. Çünki İranda mövcud olan molla rejimi 47 ildir özünü kifayət qədər möhkəmləndirib, İran cəmiyyətində dərin kökdə artıb və Venesuelada olduğu kimi burada məsələlərin heç də asan, Amerikanın istədiyi nəticələrə gələcəyini söyləmək doğru olmaz”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
icma.az

1Mənbələr