AZ

Hörmüz boğazına doğru gəmi karvanı irəliləyir

Bakı. Trend:

Yaxın Şərqdə İran, İsrail və ABŞ-nin cəlb olunduğu eskalasiyalarfonunda Hörmüz boğazına doğru gəmi karvanı irəliləyir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu bunu“Marinetraffic” resursununməlumatları göstərir.

Məlumatara əsasən, “Neon”, “Elite”, “Genesis Alpha” adlı nefttankerləri, eləcə də quru yük gəmiləri hazırda boğaz istiqamətindəhərəkət edir. Gəmilər saatda 9,5–10 düyün sürətləirəliləyirlər.

Qeyd edək ki, Hörmüz boğazının şimal sahilləri İranaməxsusdur.

Martın 9-da ABŞ Prezidenti Donald Trampın administrasiyasıxəbərdar edib ki, əgər Tehran Hörmüz boğazı vasitəsilə nefttədarükünü dayandırarsa, ABŞ hərbçiləri İrana əvvəlkindən 20 dəfədaha güclü zərbə endirəcək.

Strateji əhəmiyyətli boğazda tankerlərin hərəkəti onsuzdafaktiki olaraq iflic olub. ABŞ və İsrailin İrana qarşı hərbikampaniyasının başlamasından sonra bir çox gəmiçilik şirkətlərihücum riski olduğuna görə gəmilərini o bölgəyə göndərməkdən imtinaedib. Mövcud vəziyyət dünya bazarlarında neft qiymətlərinin kəskinbahalaşmasına yol açıb.

Məqalədə:
Seçilən
42
az.trend.az

1Mənbələr