AZ

İraqda şiə silahlılarının qərargahı vuruldu KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

İraqın şimalında, Kərkük şəhərində proiran və İraq şiə milislərindən ibarət “Əl-Hashd əl-Şaabi”nin qərargahına iki hava zərbəsi endirilib.

KONKRET.az xəbər verir ki, “Əl-Cəzirə”nin məlumatına görə, hücum nəticəsində silahlılar arasında ən azı 5 nəfər öldürülüb, 18 nəfər yaralanıb.

Hücumu həyata keçirənin kimliyi hələlik məlum deyil. Bu, həm ABŞ, həm də İsrail tərəfindən həyata keçirilmiş ola bilər.

“Əl-Hashd əl-Şaabi” (“Xalq Hərəkətləri Qüvvələri”) 2014-cü ildə İraqda yaradılmış, əsasən şiə silahlı dəstələrindən – “Kataib Hizbullah”, “Badr”, “Asaib Ahl al-Haq” və s. ibarət koalisiyadır.

Qanuni olaraq İraqın təhlükəsizlik sisteminə daxil olsa da, qruplaşmanın bir çox rəhbəri İran və onun İnqilab Keşikçiləri Korpusunun, xüsusilə “Qüds” bölməsinin təsiri altındadır.

Hazırkı Yaxın Şərq müharibəsi zamanı bu qruplaşma İranda tərəfdar qüvvələr kimi ABŞ, İsrail və bəzi ərəb ölkələrinə qarşı fəaliyyət göstərir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
1
konkret.az

2Mənbələr