FIFA prezidenti Canni İnfantino DÇ-2026-nın əsas favoritinin hansı milli komanda olduğunu açıqlayıb.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, ali futbol qurumunun başqanı belə danışıb.
"Digərləri ilə yanaşı, İspaniya da favoritdir. Biz artıq İspaniyanın güclü tərəfləriin bilirik. Reytinqdə birinci olan komanda dünya çempionatının da favoritləri sırasında olmalıdır".
Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul aralığında ABŞ, Kanada və Meksikada baş tutacaq. İspaniya millisi Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla birlikdə H qrupunda mübarizə aparacaq.
Toğrul