AZ

Fire Point: FP-1 və FP-2 dronlarının döyüş bağlığı artırılır

Ukraynanın Fire Point müdafiə şirkəti Rusiyanın dərinliklərində hücumlar üçün istifadə edilən FP-1 və FP-2 pilotsuz hücum dronlarını təkmilləşdirir.

Herbiand.az xəbər verir ki, bu barədə şirkətin baş dizayneri və həmtəsisçisi Denis Ştilerman bildirib.

O deyib ki, FP-2 yenidən dizayn edilir və getdiyi yerə xeyli böyük döyüş başlığı daşıyacaq: “Təkmilləşdirilmiş dron uzun məsafəyə 158 kq döyüş başlığı daşıya biləcək, hazırda isə bu 105 kq-dır. Yanacaq çəninin qanadın içinə yerləşdirilməsi məsafənin və döyüş başlığının çəkisinin artmasına imkan verəcək”.

Ştilerman qeyd edib ki, təkmilləşdirilmiş FP dronları Rusiyanın 1000 km-dən çox dərinliyinə qədər uça biləcək və 105 kq-lıq döyüş başlığı daşıyacaq. Hazırda isə bu rəqəm 60 kq-dır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
91
herbiand.az

1Mənbələr