AZ

Telman Hüseynov: Təxliyə olunduğumuz üçün dövlətimizə minnətdarıq

Bakı, 10 mart, AZƏRTAC

Şükür Allaha vəziyyət çətin olsa da, sağ-salamatıq. Problemlər çox idi və indi bunları ayrıca deməyə də ehtiyac yoxdur. Çünki demək olar ki, hər dəqiqəmiz təhlükə içində keçirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yaxın Şərqdəki münaqişə bölgəsindən Azərbaycana təxliyə olunan Telman Hüseynov söyləyib.

O raket atəşləri olduğunu, onların da gizlənərək özünü qorumağa çalışdıqlarını vurğulayıb: “Demək olar ki, hər gün xəbərdarlıq edilirdi ki, sığınacaqlara çəkilin, çölə çıxmayın. İmkan daxilində özümüzü qorumağa çalışırdıq. Çox sağ olsunlar ki, bizim vəziyyətimizi nəzərə alaraq təxliyə olunmağımıza kömək etdilər. Buna görə dövlətimizə və Prezidentimizə minnətdarıq”.

Müxbir- Elmir Səftərov

Fotoqraf- İlkin Cavanşirov

Videoperator- Mirrəsul Cəfərov

Seçilən
84
1
azertag.az

2Mənbələr