AZ

“15 günü çirkli qan kimi qəbul edirəm” - Həbsdən çıxan tanınmış şəxsdən açıqlama

“Bilirəm ki, əksəriyyətiniz mənim inzibati qaydada həbs olunma xəbərimi təssüflə qarşıladınız və buna görə narahat oldunuz. Artıq azadlıqdayam. Mənə görə narahat qalan insanlara ürəkdən təşəkkür edirəm. Saxlanma şəraitimdən razıyam, səhhətim də qaydasındadır”.

“Yeni Sabah” xəbər verir ki, bunu hüquqşünas, yazıçı Müşfiq Abbasov öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, sosial şəbəkələrdə paylaşdığı heç bir statusda qanunu pozmayıb:

“Əvvəla, bildirirəm ki, mən özümü hansısa inzibati hüquq pozuntusunda təqsirli bilməmişəm və heç bir statusumda qanunu pozmamışam. İkincisi, əgər kimsə mənim hansısa statusumu hesab edibsə ki, dövlət maraqlarına ziddir, mənə deyilsə həmin statusu silərdim. Çünki, mən daim dövlətimin yanında olmuşam. Bunun üçün inzibati həbsə ehtiyac yox idi.

15 günlük həbs müddətinə gəldikdə, Əmir Teymurun belə bir sözü var. O, deyirdi ki, insandan çıxan çirkli qan bəzən onun şüurunu daha da aydınlaşdırır. Bu 15 günü çirkli qan kimi qəbul edirəm və hesab edirəm ki, bu günlər mənim bəsirətimi bir az da açdı və daha aydın görməyimə vəsilə oldu. Mən dövlətimi və millətimi  sevirəm. Nəinki 15 gün azadlığım, bütün həyatım Azərbaycana fəda olsun”.

Xatırladaq ki, Müşfiq Abbasov fevralın 23-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs edilmişdi. Qərara əsasən, M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
22
8
yenisabah.az

10Mənbələr