AZ

İsrail həyəcan təbili çalır: Tramp İrana "bir doza oksigen və adrenalin" verdi

ABŞ prezidenti Donald Trampın İranla münaqişənin uzun çəkməyəcəyi ilə bağlı açıqlaması İsrail mediasında narahatlıq yaradıb.

Publika.az xəbər verir ki, İsrailin “Maariv” qəzetinin iddiasına görə, bu açıqlama İran və "Hizbullah" üçün bir növ “oksigen və adrenalin dozası” rolunu oynaya bilər.

Nəşr yazıb ki, əgər müharibə qısa müddətdə bitərsə və İran rejimi dağılmazsa, Tehran bunu böyük qələbə kimi təqdim edəcək.

İsrailli jurnalist Avi Aşkenazinin sözlərinə görə, ABŞ-da artan benzin qiymətləri, daxili siyasi təzyiq və müharibənin amerikalı vergi ödəyicilərinə baha başa gəlməsi Trampı münaqişəni tez bitirməyə sövq edir.

Məqalədə İsraildə əsas qorxunun ABŞ-ın müharibədən tez çəkilməsi olduğu qeyd olunur. İsrail tərəfi hesab edir ki, belə olarsa, ölkə regionda tək qala bilər. Xatırladılıb ki, ABŞ daha əvvəl Yəməndə husilərə qarşı bir neçə günlük hava hücumlarından sonra əməliyyatı dayandırıb və mübarizə əsasən İsrailin üzərinə qalıb.

Seçilən
50
publika.az

1Mənbələr