AZ

Nazir Xankəndidə uşaqlarla yallı getdi, yumurta döyüşdürdü – VİDEO

Elm və təhsil naziri Emin Əmrullayev Xankəndi şəhərinə səfər edib.

Musavat.com xəbər verir ki, nazir səfər çərçivəsində şəhərdə fəaliyyət göstərən təhsil müəssisələrinə baş çəkib.

Məlumata görə, nazir Xankəndi şəhəri Kərkicahan qəsəbə 1 saylı məktəbdə şagirdlərə riyaziyyatdan dərs keçib. Daha sonra isə o, Xankəndi şəhər 1 nömrəli körpələr evi–uşaq bağçasını ziyarət edib, burada azyaşlılarla görüşüb. Səfər zamanı nazir uşaqlarla birlikdə milli rəqsimiz olan yallı oynayıb, həmçinin Novruz ənənələrindən sayılan yumurta döyüşdürmə mərasimində iştirak edib.

Həmin anların görüntülərini təqdim edirik.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr