AZ

İsrail Tehranda İİKK və Əl-Quds qüvvələrinin obyektlərinə zərbə endirib

İsrail

İsrail Tehranda İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK)-ın ballistik raketlərin hazırlanması və istehsalı üzrə elmi-tədqiqat kompleksinə və “Əl-Quds” qüvvələrinin baş qərargahına zərbə endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir: "İsrail Hərbi Hava Qüvvələri Tehranda İran rejiminin əsas infrastrukturuna bir sıra zərbələr endirib. Zərbələrdən biri İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) tədqiqat və inkişaf kompleksini hədəf alıb. Bu obyektdə İİKK kompleksin yeraltı hissəsini hədəf alıb, burada ballistik raketlərin hazırlanması və istehsalı ilə bağlı təcrübələr və sınaqlar aparılıb".

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələrinin “Əl-Quds qüvvələrinin baş qərargahı və hava hücumundan müdafiə sistemlərinin istehsal sahələrinə də zərbələr endirdiyi” qeyd olunub.

Seçilən
12
1
xalqcebhesi.az

2Mənbələr