AZ

"Məqsədimiz İranı rejimdən qurtarmaqdır": Netanyahudan kəskin bəyanat

İsrailin Baş naziri Benyamin Netanyahu İranın müqavimətini qırdıqlarını iddia edərək hücumların davamı barədə mesaj verib. 

"Cebheinfo.az" xəbər verir ki, İsrail Baş Nazirlik Ofisi Netanyahunun İsrailin səhiyyə naziri Haim Kats ilə Milli Sağlamlıq Mərkəzinə ziyarəti zamanı etdiyi çıxışı paylaşıb. 

Netanyahu məqsədlərinin İran xalqının "rejimdən qurtulmasını təmin etmək" olduğunu iddia edib: 

"İndiyə qədər gördüyümüz tədbirlərlə onların, yəni İran rəhbərliyinin müqavimətini qırdığımız və hələ də aktiv olduğumuz şübhəsizdir", - deyib. 

Hücumların davam edəcəyi mesajını verib. İsrailin beynəlxalq mövqeyində dəyişikliyə nail olduqlarını irəli sürən Netanyahu müdafiənin İrana qarşı hücumlardan daha vacib olduğunu söyləyib. 

Netanyahu müdafiənin hər şeydən əvvəl xalqın iradəsi olduğunu və İsrail xalqının inancının yüksək olduğunu iddia edib.

Seçilən
43
cebheinfo.az

1Mənbələr