AZ

İranın ən çox hədəf aldığı ərəb ölkəsi 253 ballistik raket, 1440 PUA

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

İran 28 fevraldan bəri 7 ərəb ölkəsinə hücum edib

Qaynarinfo xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı hücumları davam etdiyi bir vaxtda, İran da 7 ərəb ölkəsinə qisas hücumları həyata keçirir. Belə ki, rəsmi Tehran Körfəz ölkələrində bir çox kritik nöqtələri hədəf alıb.

Rəsmi məlumatlara görə, başda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olmaqla, digər ərəb ölkələrinə də hücumlar reallaşdırılıb. Hücumlarda BƏƏ "ən çox hədəf alınan ölkə”, Oman isə "ən az hücuma məruz qalan ölkə” kimi qeydə alınıb.

Birləşmiş Ərəb Əmirlikləri

BƏƏ Müdafiə Nazirliyi bildirib ki, əməliyyatlar ərzində 253 ballistik raket, 1440 pilotsuz uçuş aparatı (PUA) və 8 qanadlı raket aşkarlanıb. 233 raket hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, 18-i dənizə, 2-si isə ölkə ərazisinə düşüb. 1440 PUA-dan 1359-u qarşısı alınıb, 81-i ölkə ərazisinə düşüb.

Küveyt

Küveyt Müdafiə Nazirliyi ölkəyə ümumilikdə 238 raket və ən azı 430 PUA hücumunun edildiyini açıqlayıb. Hücumlar xüsusilə cənub və şimal bölgələrində intensivləşsə də, böyük hissəsinin qarşısı alınıb.

Bəhreyn

Bəhreyn Müdafiə Qüvvələri Baş Komandanlığı 10 günlük müddət ərzində 102 raket və 173 PUA-nın zərərsizləşdirildiyini açıqlayıb.

Qətər

Qətər Müdafiə Nazirliyi bildirib ki, hava məkanına yönələn 149 raket və 69 PUA qarşısı alınıb. Həmçinin 2 ədəd "Su-24” tipli qırıcı təyyarə vurulub.

İordaniya

İordaniya ordusunun açıqlamasına görə, İran mənbəli 60 raket və 59 PUA ölkə ərazisini hədəf alıb, onlardan 108-i məhv edilib.

Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında Şeybə Neft Sahəsi və Şahzadə Sultan Hava Bazasını hədəf alan 9 raket və 97 PUA hava müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Oman

Oman rəsmiləri ölkə ərazisinə ən azı 8 PUA hücumunun həyata keçirildiyini açıqlayıb.

Mütəxəssislər qeyd edirlər ki, vəziyyət hələ də gərgin olaraq qalır və İranın hücumları Körfəz ölkələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini zəruri edir.

Günay

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
qaynarinfo.az

1Mənbələr