AZ

Krespo Braziliya klubundan qovuldu

“San-Paulu”nun baş məşqçisi Ernan Krespo vəzifəsindən ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı mütəxəssislə yanaşı onun köməkçiləri Xuan Branda və Viktor Lopes, həmçinin məşqçi heyətinin digər üzvləri də komandadan ayrılıblar.

Krespo 2025-ci ilin iyulundan etibarən “San-Paulu”ya rəhbərlik edirdi. O, ikinci dönəmində komanda ilə 46 oyunda 21 qələbə qazanıb, 7 heç-heçə edib və 18 məğlubiyyət yaşayıb.

Argentinalı məşqçi klubda ümumilikdə 99 matçda 45 qələbə əldə edib.

Seçilən
44
idmanxeber.az

1Mənbələr