AZ

Netanyahu: Məqsədimiz İran xalqına tiraniyadan qurtulmaqda kömək etməkdir...

İsrailin baş naziri bildirib ki, Tehran rejiminə qarşı görülən tədbirlər artıq ciddi nəticələr verir...

Poliqon xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu İranla bağlı açıqlamasında İsrailin əsas məqsədinin İran xalqına mövcud rejimin “tiraniyasından” qurtulmaqda yardım etmək olduğunu bildirib.

Netanyahu vurğulayıb ki, İran daxilində baş verəcək dəyişikliklər ilk növbədə ölkə vətəndaşlarının öz qərarından asılıdır. Bununla belə, o, İsrailin indiyədək həyata keçirdiyi tədbirlərin Tehran hakimiyyətinə ciddi zərbə vurduğunu iddia edib.

“Son nəticədə bu, onların özündən asılıdır. Lakin heç bir şübhə yoxdur ki, indiyədək gördüyümüz tədbirlər nəticəsində biz onlara ağır zərbələr endiririk. Bizim əlimiz uzadılıb”, deyə İsrail hökumətinin başçısı bildirib.

Netanyahu əlavə edib ki, əgər İran xalqı ilə birlikdə hərəkət etmək mümkün olarsa, regionda mövcud qarşıdurmaya və İran hakimiyyəti ilə bağlı mövcud vəziyyətə birdəfəlik son qoymaq mümkün olacaq.

Ekspertlərin fikrincə, İsrail baş nazirinin bu bəyanatı Tehranla artan hərbi-siyasi gərginlik fonunda İran daxilində mümkün siyasi dəyişikliklərə yönəlmiş mesaj kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, İsrail rəhbərliyi bu cür bəyanatlarla həm beynəlxalq ictimaiyyətə, həm də İran cəmiyyətinə siyasi mesaj göndərməyə çalışır.

Poliqon.info

Seçilən
100
34
poliqon.info

10Mənbələr