AZ

“Kiber zorakılıq”la bağlı yeni hüquqi müddəaların daxil edilməsi təklif olunur

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanda “kiber zorakılıq”la bağlı yeni hüquqi müddəaların daxil edilməsi təklif olunur.

Gununsesi.info xəbər verir ki, informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə fərdə, bir qrup şəxsə və ya hüquqi şəxsə qarşı texniki və ya mənəvi zərər verilməsi ilə nəticələnən davranışlara hüquqi qiymət verilməsi məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunur.

Təklifə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə “kiber zorakılıq” anlayışı ilə bağlı xüsusi müddəaların daxil edilməsi nəzərdə tutulur. Bu dəyişikliklər informasiya texnologiyalarından istifadə etməklə həyata keçirilən təzyiq, təhdid, təqib və digər zərərli davranışların hüquqi məsuliyyətini müəyyən etməyə yönəlib.

Qeyd olunur ki, rəqəmsal mühitdə baş verən zorakı və zərərverici hərəkətlərin artması belə halların ayrıca hüquqi mexanizmlərlə tənzimlənməsini zəruri edir. Təklif olunan dəyişikliklər qəbul ediləcəyi təqdirdə, kiber zorakılıq hallarının qarşısının alınması, zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi və bu sahədə hüquqi məsuliyyətin dəqiqləşdirilməsi məqsədi daşıyacaq.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib. Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
icma.az

1Mənbələr