AZ

Avtobusu qulağında telefon idarə edən sürücünü vətəndaş İFŞA ETDİ VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtda marşrut avtobusunun sürücüsünün hərəkəti sərnişinlərin narazılığına səbəb ollub.

Masazırda özünə yer tapa bilməyən sürücü ard-arda qaydaları pozdu - VİDEO

Avtosfer.az-ın sosial şəbəkə hesabına şikayət edən vətəndaş qeyd edib ki, 193 nömrəli marşrut avtobusunun idarəçisi qaydaları kobud şəkildə pozur. Onun sözlərinə görə martın 5-i səhər 10:05dən etibarən telefonu qulağına qoyan sürücü düz “Sədərək” Ticarət Mərkəzinə qədər danışıb.

Şikayətçi deyir ki, sürücülərin bəzən anlıq 1-2 dəqiqə vacib problemlərini həll etmələrini başa düşmək mümkündür. Yaxud işlə əlaqəli dispetçerin zəngi və s. Amma görüntüdəki sürücü kimi yarım saaat, 40 dəqiqə telefonla danışmaq artıq vətəndaşlara hörmətsizlikdir.

Qeyd edək ki, 193 nömrəli marşrut xətti “Çinar-Trans” MMC daşıyıcı şirkətinə məxsusdur və qurumun istifadəsindki avtobusların bəzilərinin istismarına qanunla icazə verilməməlidir.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
avtosfer.az

1Mənbələr