AZ

"Fitch" İranda vəziyyətin gedişatının üç mümkün ssenarisini müəyyən edib

"Fitch" beynəlxalq reytinq agentliyi İranda vəziyyətin gələcək gedişatının üç ehtimal olunan ssenarisini müəyyən edib.

"Report" xəbər verir ki, müvafiq bəyanatla "Fitch"in Yaxın Şərq və Afrika ölkələri üzrə bölməsinin rəhbəri, Baş direktor Pol Qembl çıxış edib.

"Fitch"in qiymətləndirməsinə görə, İsrail məqsədəuyğun hesab etdiyi formatda və müddətdə İrana zərbələr endirməyə davam etmək niyyətindədir.

P.Qembl vurğulayıb ki, İranda yeni ali liderin seçilməsi prosesi çətin ki, ölkənin strateji kursuna yenidən baxılmasına səbəb olsun.

"Bununla əlaqədar biz İran üçün üç potensial ssenari müəyyən etmişik. Birincisi, mövcud rejimin zəiflədilmiş modifikasiyasını nəzərdə tutur. İkincisi - hakim dairələr daxilində sərt xəttin tərəfdarları ilə praqmatik mövqeli qüvvələr arasında parçalanmadır. Üçüncüsü - dövlətdə mərkəzi hakimiyyətin tədricən zəifləməsidir. Görünür ki, məhz bu üç variant İranın gələcəyi üçün əsasdır. Münaqişənin özünə gəldikdə, biz əvvəllər səsləndirilmiş və realistik müddətin təxminən bir ay təşkil etdiyini göstərən proqnozumuza sadiq qalırıq. Lakin, mənim fikrimcə, hadisələrin sonrakı inkişafı əhəmiyyətli dərəcədə daha az proqnozlaşdırılan olaraq qalır", - Baş direktor bildirib.

Seçilən
15
1
far.az

2Mənbələr