AZ

Sarkisyan həbs edilib

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Məhkəmə sabiq Prezidentin qardaşının həbsi barədə qərar qəbul edib

Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin üçüncü Prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın həbsi barədə qərar qəbul edib.

AYNA.AZ xəbər verir ki, Məhkəmənin mətbuat katibi Armine Novruzyan “NEWS.am”a verdiyi müsahibədə həbs xəbərini təsdiqləyib və qeyd edib ki, 24 fevralda istintaq orqanı həbs qətimkan tədbiri tətbiq etmək üçün məhkəməyə vəsatət verib. Hakim Sarkis Petrosyan vəsatəti təmin edib.

"24 fevral 2026-cı ildə istintaq orqanı məhkəməyə həbs qətimkan tədbiri tətbiq etmək üçün vəsatət verib. Elə həmin gün məhkəmə vəsatəti nəzərdən keçirərək, təqsirləndirilən şəxsin harada olduğu barədə məlumat olmadığı halda, onun qaçmasının qarşısının alınması üçün əsasları qiymətləndirib və həbs qətimkan tədbiri tətbiq edərək onu təmin edib. Əgər Sarkisyan tapılarsa və Ermənistan Respublikasının yurisdiksiyasında olarsa, onun həbsi məsələsinə məhkəmə tərəfindən yenidən baxılacaq", - deyə bildirib.

Qeyd edək ki, A.Sarkisyan xüsusilə külli miqdarda mənimsəmə törətməkdə ittiham olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
ayna.az

1Mənbələr