“Turan Tovuz” aprel ayından ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.
Bunu QOL.az-a müsahibəsində klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.
O qeyd edib ki, komanda martın 21-də “Qəbələ”ni öz meydanında qəbul edə bilməsə də, aprel ayından dogma arenada oyayacaq:
“Martın 21-dəki oyuna çata bilmirik. Lakin aprel ayında Premyer Liqadakı ilk ev oyunumuzu (“Sumqayıt”la aprelin 12-də - QOL.az) Tovuzda keçirəcəyik. Kubok matçı ilə bağlı indidən dəqiq bir söz demək çətindir. Bu məsələyə baxılacaq. Bu mövsüm bizim üçün çox çətin oldu. Komanda doğma stadiondan uzaq düşdü. Sanki hər şey əleyhimizə işlədi. Biz nə vaxtsa bunu keçməliydik. Bu da bir mərhələ idi. Gələn il bizim üçün daha rahat olacaq”.
Xatırladaq ki, bir müddətdir Tovuz şəhər stadionun ot örtüyünün bərbası ilə bağlı işlər gedir. Buna görə də “Turan Tovuz” ev oyunlarını “Azərsun Arena”da keçirir.