AZ

Ursula fon der Leyen nüvə enerjisindən imtinanı strateji səhv adlandırıb

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropanın nüvə enerjisindən imtina etməsinin strateji bir səhv olduğunu bildirib.

Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, Ursula fon der Leyen son onilliklərdə regionun enerji balansında nüvə enerjisi istehsalının payı əhəmiyyətli dərəcədə azaldığını bildirib.

Avropa Komissiyasının rəhbəri bildirib ki, "1990-cı ildə Avropanın elektrik enerjisinin üçdə biri nüvə elektrik stansiyaları tərəfindən istehsal olunurdusa, bu gün bu pay cəmi 15%-dir".

O qeyd edib ki, nüvə enerjisinin payının azaldılması şüurlu siyasi seçimdir.

"Lakin Avropanın etibarlı, əlverişli, aşağı emissiyalı enerji mənbəyindən imtina etməsi strateji bir səhv idi", o əlavə edib.

Seçilən
106
herbiand.az

1Mənbələr