AZ

“Pulu basırdınız isveçli, ukraynalı, yunan mütəxəssislərə...” Avroviziya mübahisəsi

Olay.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Müğənni Murad Ariflə şairə Zəhra Bədəlbəyli arasında Avroviziya mübahisəsi düşüb.

OLAY yazır ki, M. Arif Zəhranın builki mahnımızı tənqid etdiyi statusa bunları yazıb:

“Zəhra, balaca uşaqlar elə biləcək ki, hər şey yazdığın kimidir. Halbuki, bir zamanlar Avroviziya ölkəyə maraqlı idi, Gənclər və İdman naziri böyük büdcə ayırırdı, siz də öz ölkəmizdə yerli kadrlar hazırlamaq əvəzinə, pulu basırdınız isveçli, ukraynalı, yunan mütəxəssislərə... Allahın suyunu daşıyan, tər silənlər də əcnəbilər idi. Gözlərimin şahidiyəm.

18 il əcnəbi mahnılarla ölkə təmsil etdiniz. İndi büdcə qurtarıb, 6-7 ildir diletantlarla çalışılır. Bu da pisdir, hə. Amma xahiş edirəm, indiki Avroviziya problemlərinin kökünü elə 2009-2023 aralığındakı “uğurlu-evropeyski” mahnıları seçənlərdə axtarın. Mən o vaxtdan susmuram, amma siz bal kimi gedib, ölkəmizə yad musiqilərlə bayraq qaldırmısınız... Heç nə unudulmur. Bu da ki, sizin yaratmadığınız yerli bazanın nəticəsidir”.

Z. Bədəlbəyli isə Murad Arifin fikirlərinə bu cavabı verib:

“Burda həqiqətlər var, amma yazdığın kimi deyil. Kanardan izləmək başqa, lap yaxın məsafədən bir işin içində olmaq tam başqa. Ona görə də fikirlərin mənim fikirlərimdən fərqli ola bilər. Amma həqiqəti mənə göstərmək lazım deyil, əzizim”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
75
2
olay.az

10Mənbələr