AZ

UEFA eksperti Julien Eskude Bakıda gənclər futbolunun inkişafını müzakirə edib

UEFA-da elit gənc oyunçuların inkişafı üzrə ekspert Julien Eskude Bakıda işgüzar səfərdə olub.

İdman.Biz xəbər verir ki, o, iki günlük səfər zamanı AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Texniki direktor Cahangir Həsənzadə və Elit-Məşq layihəsinin meneceri Rüfət Kərimli ilə görüşüb.

Julien Eskude Azərbaycanda gənclər futbolunun inkişafı ilə tanış olub, regional elit proqramı, istedadlı futbolçuların müəyyən edilməsi prosesi, milli komandalara gedən yol, məşqçilik strukturu və “HatTrick” proqramı büdcəsinin ümumi bölgüsü mövzuları ətrafında AFFA rəsmiləri ilə fikir mübadiləsi aparıb.

İdman.Biz
Seçilən
53
11
idman.biz

10Mənbələr