Bakı. Trend:\
Azərbaycanda bu ilin yanvar-fevral aylarında yaşayış vəqeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 6,7 milyon manatdançoxu vətəndaşlara qaytarılıb.
Trend bubarədə iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinəistinadən xəbər verir.
"Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğulolan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayışsahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olanistehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurladavam etdirilir.
2026-cı ilin yanvar-fevral ayları ərzində yaşayış vəqeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmişƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 6 milyon715,7 min manat təşkil edib", - məlumatda qeyd edilib.