AZ

Sərkisyanın qardaşı axtarışa verildi

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi keçmiş prezident Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyanı qiyabi olaraq həbs edib.

News365.az xəbər verir ki, bu barədə məhkəmə məlumat yayılıb.

“Aleksandr Sərkisyanın harada olduğu məlum deyil. O, axtarışdadır. Tapılıb Ermənistan yurisdiksiyasına qaytarıldıqdan sonra məhkəmə qətimkan tədbirinin tətbiqinə yenidən baxacaq”, - məlumatda bildirilib.

Qeyd edək ki, Aleksandr Sərkisyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 46-256-cı maddəsi (etibar edilmiş əmlakı mənimsəməyə təhrik etmə) ilə cinayət işi başlanılıb.

Seçilən
19
1
news365.az

2Mənbələr