AZ

Rodrinin açıqlaması başına bəla oldu – 92 min cərimələndi

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri cərimələnib.

İdmanxeber.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası ispaniyalı futbolçunu Premyer Liqanın 24-cü turunda “Tottenhem”lə (2:2) oyundan sonra hakimliklə bağlı səsləndirdiyi fikirlərə görə 80 min funt sterlinq (təxminən 92 min avro) məbləğində cərimələyib.

Rodri oyundan sonra verdiyi müsahibədə hakimliyin ədalətli olmadığını bildirmişdi. Bu açıqlama hakimlərin qərəzli olması ilə bağlı şübhə yaratdığı üçün intizam araşdırmasına səbəb olub.

Qeyd edilib ki, futbolçu günahını etiraf edib və diskvalifikasiyadan yayınıb. Ona gələcəkdə bu cür açıqlamalardan çəkinməsi ilə bağlı xəbərdarlıq da edilib.

Seçilən
69
idmanxeber.az

1Mənbələr