AZ

Saakaşvilidən azərbaycanlılarla bağlı çağırış: Bakı ilə danışacağıq

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bu ölkənin vətəndaşı olan etnik azərbaycanlıların İranın keçmiş ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin fotosu ilə Tbilisidəki səfirliyin qarşısında yayılan görüntülərinə münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, Saakaşvili sözügedən görüntülərin Azərbaycan və Gürcüstanın sosial şəbəkə seqmentində birmənalı qarşılanmamasını şərh edib.

O bildirib ki, Gürcüstan əhalisinin əksəriyyəti vətənpərvərdir: 

“Xalq 1990-cı illərdə hakimiyyəti ələ keçirənlərlə, hazırda onu qəsb etməyə çalışanlara qarşıdır. Etnik azərbaycanlılarla etnik gürcülər arasında pis olanların faiz nisbəti təqribən eynidir. Gürcülər arasındakı qaranlıq kütlə ruspərəst, azərbaycanlılar arasındakılar ilə iranpərəstdirlər. İranın İslam Universiteti bağlanmalı, Tehranın xüsusi xidmət orqanlarının fəaliyyətinin qarşısı alınmalıdır.

Zaman gələcək ki, biz azərbaycanlı bacı və qardaşlarımızla birlikdə Gürcüstanı xəyanətdən azad edəcəyik. Ölkəmizdə birlik və bərabərlik yenidən bərqərar olacaq. Həmçinin, Bakı ilə danışıqlar aparacağıq və birlikdə Gürcüstan-Azərbaycan sərhədini vətəndaşlarımız üçün açacağıq.

Mənim əsas prinsipim milli konsensus, inteqrasiya və inkişaf idi, bundan sonra da belə olacaq və heç nə bunu sarsıda bilməz”.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
globalinfo.az

1Mənbələr