
İsrail ordusu 3 martda Livanın cənubundakı Yohmor şəhərindəki evlərin üzərində qanunsuz olaraq ağ fosforlu sursatlardan istifadə edərək mülki şəxslər üçün təhlükə yaradıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Human Rights Watch” (HRW) təşkilatının bazar ertəsi günü dərc etdiyi hesabatda qeyd olunub.
Təşkilatın Livan üzrə tədqiqatçısı Ramzi Kaiss açıqlamasında bildirib ki, Ağ fosforun yandırıcı təsiri ölümə və ya ömürlük əzablarla nəticələnən amansız xəsarətlərə səbəb ola bilər.