AZ

Tibbi NAİLİYYƏT: Rusiyada ilk dəfə pasiyentlərə uğurla ƏL KÖÇÜRÜLDÜ – FOTO/VİDEO

Moskvada cərrahlar ilk dəfə pasiyentlərə uğurla əl köçürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Moskva cərrahları tibb sahəsində böyük uğura imza ataraq, qeyri-mümkünü reallaşdırıblar.

Rusiyada ilk dəfə olaraq iki pasiyentə uğurla əl köçürülməsi əməliyyatı həyata keçirilib.

Məlumata görə, birinci pasiyentə yeni sağ əl biləyi köçürülüb. Əməliyyatdan sonra o, artıq barmaqlarını hiss edir və yeni ətrafindan tam şəkildə istifadə edə bilir.

İkinci yerli sakinə isə eyni vaxtda iki əl köçürülüb.

Hazırda gənc oğlanın əllərində hərəkətlilik və həssaslığın tədricən bərpa olunduğu bildirilir.

Mütəxəssislər bu əməliyyatları ölkənin transplantologiya tarixində mühüm texnoloji sıçrayış kimi qiymətləndirirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
75
interpress.az

1Mənbələr