AFFA İntizam Komitəsi 1-ci Liqanın 17-ci turu ilə bağlı qərarlarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bu qərarlar qəbul olunub:
“Baku Sportinq” – “Mingəçevir”: qonaqlar 4 sarı vərəqəyə görə 210 manat, azarkeşlərin pirotexnikadan istifadəsinə görə isə əlavə 900 manat cərimələnib.
“Şəfa” – “Şahdağ Qusar”: Hər iki klub sarı vərəqə limitini keçdiyi üçün 210 manat cərimə edilib. “Şahdağ Qusar”da həkim Müşfiq Hümmətli və məşqçi Babək Allahverdiyev hakimi təhqir etdiklərinə görə 4 oyunluq cəzalandırılıb, klub hər biri üçün 3000 manat (cəmi 6000 manat) cərimə olunub. İcraçı direktor Mirzə Bayrampul isə qayda pozuntusuna görə klub 300 manat cərimə alıb.
“Cəbrayıl” – “Səbail”: 6 sarı vərəqəyə görə “Cəbrayıl” 210 manat cərimə edilib.