AZ

"Bakı Konqres Mərkəzi" auditor seçir

Maliyyə Nazirliyinə məxsus "Bakı Konqres Mərkəzi" MMC 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

"Far.Az" xəbər verir ki, sorğuda iştirak haqqı 18 manatdır.

İddiaçılar təkliflərini aprelin 1-nə qədər şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 130 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 1-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "Abacus Audit And Consulting" MMC olub. Şirkətə 8,496 min manat ödənilib.

Seçilən
40
far.az

1Mənbələr