AZ

"Möcüzəvi" satış: Tanınmaz haldakı avtomobil elanı viral oldu

Sosial şəbəkələrdə yayılan və qısa müddətdə viral olan növbəti bir video izləyicilərin həm təəccübünə, həm də gülüşünə səbəb olub.

Publika.az xəbər verir ki, tamamilə yararsız hala düşmüş, arxa hissəsi və damı tanınmaz dərəcədə əzilmiş 2011-ci il istehsalı olan "Kia Sportage" markalı avtomobilin "təcili satılır" başlığı ilə təqdim edilməsi müzakirələrə yol açıb. Videonu çəkən şəxsin avtomobilin ön hissəsinin "salamat" olduğunu xüsusi vurğulaması və görüntülərin üzərinə yazılmış "Ütüləyəndə qırışı açılacaq" ifadəsi izləyicilər tərəfindən kinayəli şərhlərlə qarşılanıb.

İstifadəçilərin bir qismi bu vəziyyətdə olan maşının satışa çıxarılmasını ironiya ilə qarşılayaraq, "bezkraska" axtaranlar üçün "ideal fürsət" olduğunu qeyd ediblər. Digərləri isə avtomobilin bu hala necə düşdüyü ilə maraqlanaraq, sürücünün sağ qalmasının əsl möcüzə olduğunu bildiriblər. Hazırda video müxtəlif platformalarda paylaşılmağa və yumoristik rəylər toplamağa davam edir.(32gun.az)

Seçilən
5
publika.az

1Mənbələr