AZ

Xəzər Universitetinin 35 illik yubileyi

"Ölkə Az" xəbər verir ki, bu il Azərbaycanın aparıcı ali təhsilmüəssisələrindən biri olan Xəzər Universitetininfəaliyyətə başlamasının 35 ili tamam olur. 1991-ci ildə tanınmış alim və ictimai xadim, professor-akademik Hamlet İsaxanlı tərəfindəntəsis edilən universitet ölkədə müasir vəbeynəlxalq standartlara uyğun ali təhsilinformalaşmasına mühüm töhfələr verib.

Ötən 35 il ərzində Xəzər Universiteti təhsil, elm və beynəlxalq əməkdaşlıq sahəsində əhəmiyyətliuğurlar əldə edib. Bu günə kimi universitetdəmüxtəlif ixtisaslar üzrə minlərlə tələbə təhsilalıb, yüzlərlə məzun ölkənin dövlətqurumlarında, özəl sektorda və beynəlxalqtəşkilatlarda uğurla fəaliyyət göstərir.

Xəzər Universiteti Azərbaycanda ingilisdilli təhsil modelinin tətbiqi və inkişafında öncül ali məktəblərdən biri kimi tanınır. Universitet dünyanın bir çox ölkələrinin ali təhsilmüəssisələri ilə əməkdaşlıq əlaqələri qurur. Tələbə və müəllim mübadiləsi proqramlarındafəal iştirak edir.

Bu gün Xəzər Universiteti müasir tədrisinfrastrukturu, güclü professor-müəllim heyətivə innovativ təhsil yanaşması ilə ölkənin alitəhsil sistemində özünəməxsus yer tutur. Universitetin əsas məqsədi yüksək ixtisaslı, yaradıcı düşüncəyə malik və qlobal çağırışlarahazır mütəxəssislər yetişdirməkdir. Hal-hazırdauniversitetdə 5 mindən artıq tələbə təhsil alır. Onlardan 12 nəfəri isə şəhid övladıdır. 

Universitetdə təhsil alan tələbələrin 67 faizidövlət sifarişi ilə oxuyur. 

35 illik yubiley münasibətilə universitetdəmüxtəlif elmi konfranslar, görüşlər, mədənitədbirlər və məzunlarla görüşlərin keçirilməsiplanlaşdırılır.

Bu tədbirlər universitetin keçdiyi inkişaf yolunanəzər salmaqla yanaşı onun gələcəkstrategiyasını müəyyənləşdirəcək.

Xəzər Universitetinin 35 illik yubileyi Azərbaycanın ali təhsil tarixində böyük hadisəolmaqla yanaşı ölkəmizin akademik həyatındaoynadığı rolun daha da güclənəcəyinə böyükinam yaradır. 

Seçilən
65
olke.az

1Mənbələr