AZ

Səudiyyə Ərəbistanı BƏƏ ilə həmrəylik ifadə edib

ain.az, 525.az saytına istinadən bildirir.

Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İraq Kürdüstanındakı Baş konsulluğunun dron hücumu ilə hədəfə alınmasını pisləyib. 

525.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Qeyd olunub ki, Krallıq hücumu ən sərt şəkildə pisləyir, diplomatik obyektlərə təkrar hücumlar beynəlxalq konvensiyaların və diplomatik normaların açıq şəkildə pozulmasıdır.

“Krallıq diplomatik binaların dəfələrlə hədəfə alınmasının 1949-cu il 4-cü Cenevrə Konvensiyası da daxil olmaqla, beynəlxalq qanunları və normaları açıq şəkildə pozduğunu təsdiqləyir”, - bəyanatda vurğulanıb.

Səudiyyə Ərəbistanı, həmçinin diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmət etməyin və əməkdaşların qorunmasının vacibliyini vurğulayıb.

Səudiyyə Ərəbistanı XİN Birləşmiş Ərəb Əmirlikləri ilə həmrəyliyini ifadə edib.

BƏƏ çərşənbə axşamı İraq Kürdüstanındakı Baş konsulluğunun pilotsuz təyyarə hücumu ilə hədəfə alındığını, zərər çəkdiyini, lakin heç bir itki olmadığını açıqlayıb.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
99
525.az

1Mənbələr