AZ

Şəmkirdə avtomobildən kişi meyiti TAPILDI

Şəmkirdə avtomobildən kişi meyiti tapılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir şəhərinin ərazisində baş verib.
 

“Toyota Prado” markalı avtomobildə nəqliyyat vasitəsinin sahibi, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Nicat Telman oğlu Əsədov ölü halda aşkarlanıb. Onun ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
2
bizim.media

1Mənbələr