AZ

Bu gün İrana ən intensiv zərbələr endiriləcək

"Bu gün İrana ən intensiv zərbələr endiriləcək". 

"Cebheinfo.az" xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset bildirib.

Halbuki İran son 24 saat ərzində ən az silah atıb. Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn qeyd edib ki, birləşmiş qüvvələr üç əsas məqsədə diqqət yetirməyə davam edir. Bu məqsədlər aşağıdakılardır:

İranın raket və pilotsuz təyyarə imkanlarını Amerika maraqlarını təhdid etməzdən əvvəl məhv etmək;

İranın dəniz qüvvələrinə zərbə endirmək və onları zəiflətmək;

Rejimin ABŞ-yə və onun tərəfdaşlarına gələcək illərdə hücum etmək qabiliyyətini məhv etmək.

"Ballistik raket hücumları azalmağa davam edir, əməliyyatın başlanğıcından bəri 90% azalıb",-deyə o bildirib.

 O, həmçinin bildirib ki, ABŞ dəniz minaları qoymaq üçün nəzərdə tutulmuş İran raketlərini vurur. General vurğulayıb ki, bu, çətin və yorucu bir işdir.

Xəzər

 

"Cebheinfo.az"

Seçilən
21
cebheinfo.az

1Mənbələr