AZ

"EFE"nin direktoru və keçmiş bağça müdirini necə aldadıblar? - 52 minlik dələduzluq

Bakıda fəaliyyət göstərən "EFE" Hazıqlır Kurslarının təsisçisi və direktoru dələduzluğa məruz qalıb. 

 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Elnarə Bəybalayeva həyat yoldaşı Emin Bəybalayevi hüquq-mühafizə orqanlarına işə düzəltdirmək istəyib. Bunun müqabilində isə 40 000 manat pul verib. Sonradan məlum olub ki, həyat yoldaşının işə düzəldilməsi üçün 40 000 manat alan şəxslər onu aldadıblar. 

 

Elnarə Bəybalayeva

 

Hüquq-mühafizə orqanlarına şikayətdən sonra dələduzluqda şübhəli bilinən Elçin Xakiyev və Ceyhun adlı həmin şəxslər saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib. 

 

Cinayət işinə Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb. Məhkəmə zamanə Elçin Xakiyev özünü verilmiş ittiham üzrə təqsirli bilib. Ceyhun isə ittihamları qəbul etməyib. 

 

İş materiallarından aydın olur ki, Elçin Xakiyev 312 saylı körpələr evi-uşaq bağçasının müdiri olmuş Laləzar Novruzovaya qarşı dələduzluq edib. 

Laləzar Novruzova məhkəmədə bildirib ki, Elm və Təhsil Nazirliyi müdiri olduğu bağçada yoxlama aparıb. Yoxlamanın nəticəsi olaraq ona öz ərizəsi ilə işdən çıxmaq təklif olunub. 

 

Elçin Xakiyev isə Laləzar Novruzova bu məsələni həll edəcəyini bildirib. Bunun müqabilində isə ondan 12 000 manat alıb. 

 

Məhkəmənin hökmü ilə Elçin Xakiyev 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Digər təqsirləndirilən şəxsə isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

 

Seçilən
27
1
milliyol.az

2Mənbələr