AZ

Ehtiyatlı olun: Görün fırıldaqçılar bu dəfə qapınızı necə döyəcək

Rusiyada fırıldaqçılar domofonların dəyişdirilməsi bəhanəsi ilə vətəndaşları getdikcə daha tez-tez aldatmağa başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə Rusiya DİN-nin aidiyyəti idarəsi məlumat yayıb.

Qeyd edilir ki, bədxahlar bu bəhanə ilə qurbanın telefonuna gələn təsdiq kodunu ələ keçirməyə çalışırlar.

Ssenariyə görə, fırıldaqçılar sakinə binada guya avadanlığın dəyişdiriləcəyi barədə məlumat verir, daha sonra isə müvafiq kodu onlara deməyi xahiş edirlər.

Rusiya DİN bildirir ki, bu cür məlumatları mütləq yoxlamaq və sorğunun doğruluğuna əmin olmaq üçün idarəedici şirkətin kontaktlarına sahib olmaq lazımdır.

Seçilən
27
publika.az

1Mənbələr