AZ

“Sabah” “Qəbələ” ilə oyuna ciddi itki ilə ÇIXACAQ

“Sabah” klubu Premyer Liqanın 23-cü turunda öz meydanında “Qəbələ” ilə qarşılaşacaq.

Bizim.Media xəbər verir ki, paytaxt klubu oyuna ciddi itki ilə çıxacaq.
 

Söhbət serbiyalı forvard Velko Şimiçdən gedir. Ölkə kubokunun 1/4 finalında “Qəbələ” ilə oyunda zədələnən futbolçu oyunu buraxmalı olacaq.


Qeyd edək ki, “Sabah” – “Qəbələ” matçı bu gün saat 19-15-də başlayacaq.

Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr