Azərbaycan II Liqasında XVII tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son günündə üç oyun baş tutub.
"Dinamo" səfərdə "Araz Saatlı"nı minimal hesabla üstələyib.
"Göygöl"ün qonağı olan "Şəki Siti" acı məğlubiyyətlə üzləşib. Meydan sahibləri rəqibini 10 dəfə meydanın mərkəzinə dəvət ediblər. "Şəki Siti"nin gücü təsəlli qoluna çatıb.
Liderlərdən olan "Qaradağ Lökbatan" isə səfərdə "Ağdaş"ı böyük hesabla məğlub edərək şərikli liderliyə yiyələnib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şirvan" "Quba"nı yenib (1:0), "Kür-Araz" "Ağstafa Gəncləri" ilə məhsuldar heç-heçə (2:2) edib. "Şəmkir" - "Xankəndi" görüşü isə baş tutmayıb.
Azərbaycan II Liqası
XVII tur
10 mart
“Araz Saatlı” – “Dinamo” 1:2
Qol: R.Əvəzov, 64 - Z.Məmmədli, 6. Ə.Ağayev, 76-pen.
“Göygöl” – “Şəki Siti” 10:1
Qol: C.Abbasov, 9. Ü.Cəlilov, 31. Z.Məmmədov, 56; 72. S.Kərimov, 62; 64; 65. K.Həsənpur, 80 - T.Zeynalov, 39. A.Quliyev, 84; 89.
“Ağdaş” – “Qaradağ Lökbatan” 0:4
Qol: V.Hüseynov, 19. T.Nəsibov, 32; 34; 57.