AZ

“Bu gün hücumların ən intensiv günü olacaq” Heqsetdən ciddi xəbərdarlıq

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ və İran arasında davam edən müharibənin 11-ci günündə ABŞ müdafiə naziri Pit Heqset və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dan Keyn Pentaqonda mətbuat konfransı keçirərək mühüm açıqlamalar veriblər.

ABŞ müdafiə naziri bildirib ki, hərbi əməliyyatın ən kritik mərhələsinə daxil olunub və bu gün İran ərazisinə qarşı hücumların ən intensiv günü olacaq.

Heqset çıxışında İran rəhbərliyini sərt tənqid edərək qeyd edib ki, son onilliklər ərzində İran rejimi ABŞ hərbçilərinə qarşı hücumlar həyata keçirib. Onun sözlərinə görə, ABŞ ordusu İranın hərbi imkanlarını zəiflətmək məqsədilə genişmiqyaslı əməliyyatlar aparır.

Nazir bildirib ki, əsas hədəflərdən biri İranın raket infrastrukturu və hərbi sənaye obyektləridir. O, həmçinin İranın dəniz qüvvələrinin zərərsizləşdirilməsinin də əməliyyatın prioritetlərindən biri olduğunu vurğulayıb.

Heqset əlavə edib ki, ABŞ ordusu hava üstünlüyünü təmin edərək əməliyyatları davam etdirir və müharibənin necə başa çatacağı ilə bağlı son qərarı ABŞ Prezidenti Donald Tramp verəcək.

Daha sonra söz alan general Dan Keyn  bildirib ki, ABŞ qüvvələri İranın raket imkanlarının məhdudlaşdırılması istiqamətində ciddi nəticələr əldə edib. Onun sözlərinə görə, əməliyyat çərçivəsində pilotsuz uçuş aparatlarının istehsal olunduğu zavodlar və raket buraxılış platformaları hədəfə alınır.

General həmçinin qeyd edib ki, ABŞ qüvvələri İranın dəniz fəaliyyətlərini də məhdudlaşdırmağa çalışır. 

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
azpolitika.info

1Mənbələr