AZ

Tağıyev adına zavodun 82 yaşlı direktoruna stop qoyuldu

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Hacı Zeynalabdin Tağıyevin Adına Toxucutikişsənaye Kombinatı"nın 82 yaşlı rəhbərinə ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, "H.Z.Tağiyev Adına Toxucutikişsənaye Kombinatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 638.909,01 vergi borcu yaranıb.

İdarə tərəfindən məhkəmədən ASC-nin 1942-ci ildə Ağdam rayonunda anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatda olan baş direktoru Tağıyev Rəfail Cəfərqulu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş olunub. 

Məhkəmənin qərarı ilə Rəfail Tağıyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 

Əhməd

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
3
qaynarinfo.az

4Mənbələr