AZ

Avstraliyada sığınacaq dramı: İranlı futbolçulara görə etiraz aksiyası VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Avstraliyada keçirilən Qadınlararası Asiya Kuboku başa çatdıqdan sonra İran milli komandasının düşərgəsində dramatik hadisələr yaşanıb. Komandanın beş üzvü rəsmi şəkildə Avstraliya hakimiyyətindən siyasi sığınacaq istəyib.

İdman.Biz xəbər verir ki, futbolçuların bu müraciətindən sonra qalan idmançıların oteldən çıxarılaraq hava limanına aparılması zamanı gərginlik pik həddə çatıb.

Futbolçuların taleyindən narahat olan etirazçılar idmançıları daşıyan avtobusun ətrafını mühasirəyə alıblar. Onlar qızların İrana geri aparılmasına mane olmaq üçün nəqliyyat vasitəsinin təkərlərinin altına uzanıblar. Bütün cəhdlərə baxmayaraq, avtobus gücləndirilmiş mühafizə altında otel ərazisini tərk edə bilib.

Qold-Kost hava limanında əlavə polis naryadları xidmətə cəlb olunub. Polisin verdiyi məlumata görə, bu addım komandanın digər üzvlərindən də sığınacaq istəmək istəyənlər olarsa, onlara dərhal kömək göstərmək məqsədi daşıyır.

Xatırladaq ki, İran qadın milli komandası turnir çərçivəsində Cənubi Koreyaya qarşı keçirilən oyundan əvvəl dövlət himnini oxumaqdan imtina etmişdi. Matçdan sonra komandanın kapitanı jurnalistlərin suallarını cavablandırarkən ölkədəki vəziyyətə eyham vuraraq “özünüz hər şeyi başa düşürsünüz” ifadəsini işlətmişdi.

View this post on Instagram

A post shared by İdman və Biz (@idmanbiz)

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
icma.az

2Mənbələr