AZ

Yasamalda əks yola çıxan sürücü axını riskə atdı 10 FT 111 VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 8-də saat 16:00 radələrində qeydə alınıb.

Görüntülərdən aydın olur ki, 10-FT-111 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq nəqliyyat axınına qarşı hərəkət edib.

Nəticədə o, özüylə yanaşı qarşı tərəfdən gələn sürücüləri təhlükəyə atıb.

Qeyd edək ki, bir neçə saniyə vaxt qazanmaq üçün edilən bu cür riskli davranışlar təkcə qayda pozuntusu deyil, həm də ağır qəzaların səbəbi ola bilər. Bu baxımdan sürücülərə nişanları və nişanlanma xətlərinin tələblərinə ciddi əməl etmək tövsiyə olunur.

Xatırladaq ki, sürücünün törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 4 bal və 150 manat cəriməylə nəticələnir.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
avtosfer.az

1Mənbələr