AZ

İrəvan əməliyyat: kazinoda narkotik “yuvası” aşkarlanıb

Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

On bir nəfər şübhəli şəxs saxlanılıb

İrəvanda hüquq-mühafizə orqanlarının əməkdaşları kazinoda fəaliyyət göstərən narkotik “yuvası”nı ifşa ediblər. Bu barədə AYNA.AZ erməni mediasına istinadən bildirir.

Məlumata görə, 8 mart tarixində saat 12:35 radələrində Daxili İşlər Nazirliyinə (DİN) Qalust və Vle adlı şəxslərin Tumanyan küçəsindəki tanınmış qumar müəssisəsinin ərazisində qumar oyunları təşkil etdikləri və narkotik maddələrdən istifadə etdikləri, narkotik maddələrin soyuducunun altında saxlanıldığı barədə məlumat daxil olub.

Mərkəzi Polis İdarəsi tərəfindən görülən tədbirlər nəticəsində İrəvan sakinləri 35 yaşlı Sergey G., 45 yaşlı Hayk G., 29 yaşlı Vardan G., 35 yaşlı Davit S., 44 yaşlı Arayik S. və 55 yaşlı Arman A., eləcə də 34 yaşlı Anna P., 61 yaşlı Amaliya G., 29 yaşlı Suzanna K., 36 yaşlı Knarik A. və 36 yaşlı Adrin M. narkotik maddə saxlamaq və istifadə etmək, eləcə də qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinərək saxlanılıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
ayna.az

1Mənbələr