ABŞ prezidenti Donald Tramp İran rəhbərliyi ilə danışıqların mümkün olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
O bildirib ki, İranla danışmağa hazırdır, lakin bu, şərtlərdən asılıdır.
Tramp, həmçinin yeni ali dini liderdən narazılığını ifadə edib.