Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Parisdə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Respublikası Baş nazirinin ofisi məlumat yayıb.
Görüş zamanı tərəflər dinc məqsədlər üçün nüvə enerjisinin inkişafı ilə bağlı məsələləri müzakirə ediblər. Həmçinin Ermənistanla BAEA arasında əməkdaşlıqda irəliləyiş məsələsi qaldırılıb.
Tərəflər nüvə təhlükəsizliyi proqramlarının davamlı şəkildə həyata keçirilməsinə, texniki əməkdaşlığa və ekspert yardımlarına böyük əhəmiyyət verdiklərini bildiriblər. Görüşdə Ermənistanın enerji sektorundakı mövcud proqramlar, kiçik modul reaktor texnologiyaları və nüvə enerjisinin inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb.
Aminə ŞAHSUVARQIZI