AZ

“Real” Arbeloaya əvəzləyici seçdi

“Real” gələn mövsüm Alvaro Arbeloanın yerinə namizədlər arasında məşqçi Maurisio Poçettinonu da daxil edib.

Msport.az xəbər verir ki, İspaniya klubu yeni idman layihəsinə rəhbərlik etmək üçün müxtəlif namizədləri nəzərdən keçirir və Poçettino prezident Florentino Peres tərəfindən yüksək qiymətləndirilən məşqçilərdən biridir.

Poçettino hazırda ABŞ milli komandasını çalışdırır. Alvaro Arbeloa Xabi Alonsonun gedişindən sonra yanvarın 12-də “Real”ın baş məşqçisi təyin edilib. Onun rəhbərliyi altında komanda 27 oyundan sonra 63 xalla La Liqada ikinci yerdədir.

Seçilən
19
msport.az

1Mənbələr